Azərbaycanda ilk dəfə Naxçıvan Avtomobil Zavodunda elektrikli avtomobillər istehsal olunacaq - ANLAŞMA İMZALANDI
Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən biri də elektrikli avtomobillərin Naxçıvan şəhərinə gətirilməsi və onların Naxçıvan Avtomobil Zavodunda istehsal şəraitinin yaradılması yolunda atılan addımlardır.
“Cahan” Holdinq KŞİ-nin Mətbut Xidmətinin yaydığı məlumatda bildirilir ki, Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəliftəyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması, Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Zavodun qarşısında yeni hədəflər var. Avtomobil sektorunda olan inkişafla ayaqlaşmaq məqsədilə günümüzdə tələbatı artmaqda olan elektrikli avtomobillərin istehsalına başlanılacaq. Yüksək keyfiyyətli elektrikli avtomobillərin istehsalı üçün ilkin addımlar artıq atılıb, layihə üzərində işlərin təməli qoyulub. Belə ki, iyunun 13-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, Habtoor Palace otelində “Cahan” Holdinqin KŞİ-nin Prezidenti Vüqar Abbasov və onu müşayiət edən nümayəndə heyəti ilə Çin Lifan şirkətinin Baş icraçı direktoru Danfer Deng və Çin Lifan şirkətinin Regional direktoru Çan Kayın nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Görüşdə “Cahan” Holdinq KŞİ tərəfindən qurumun vitse-prezidenti Pərviz Abbasov, “Cahan” Holdinq KŞİ Birləşmiş Ərəb Əmirliyi ofisinin rəhbəri Rasim Məmmədov, “Cahan” Motors MMC-nin direktoru Adil Axundov, Naxçıvan Avtomobil Zavodunun icracı direktoru Səxavət Hümbətov iştirak etmişlər.
Görüş zamanı Naxçıvan Avtomobil Zavodunda elektrikli avtomobillərin istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması şəraitinin şərtləri müzakirə edilmiş, yaxın gələcəkdə 2 növ elektrikli və 1 növ yanacaqla işləyən avtomobillərin Naxçıvan Avtomobil Zavodunda istehsalı üçün razılıq əldə olunaraq anlaşma protokolu imzalanmışdır.
Danışıqlar zamanı Çin Lifan şirkətinin Regional direktoru Çan Kayın Naxçıvana gəlişi, Naxçıvan Avtomobil Zavodunda ediləcək dəyişikliklər və lazımı infrastrkturun qurulması üçün layihələr hazırlanması planlaşdırılmışdır.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
46 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub























