Nəhəng neft tankeri Venesueladan Avropaya yola düşür
İtaliyan şirkəti Eni-nin Venesueladan sifariş etdiyi neft tankeri yola düşməyə hazırlaşır.Ukraynanın işğalı ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar enerji bazarında tədarük çatışmazlığı yaratsa da, ABŞ-ın sanksiyalar tətbiq etdiyi digər ölkə Venesuela yenidən bazara daxil olur.
Marja Reuters-ə istinadən xəbər verir ki, İtaliyanın enerji şirkəti Eni-nin Venesueladan sifariş etdiyi nefti daşıyan 650 min barellik nəhəng neft gəmisi yola düşməyə hazırlaşır.
Təhvil verilsə, bu, Venesuelanın son iki ildə Avropaya ilk neft ixracı olacaq.
Reuters agentliyinin məlumatına görə, Venesuela da ikinci tanker üçün hazırlıq görür. Bu çatdırılmanın İspaniyanın Repsol enerji şirkəti üçün də hazırlandığı bildirilir.
May ayında ABŞ Venesuelaya qarşı sanksiyaların bir hissəsini yumşaltmaq qərarına gəlib. Bu çərçivədə ABŞ Chevron, Eni və Repsol şirkətlərinə Venesuelada qaz və neft hasilatına başlamaq üçün lisenziyalar verib.
Venesuelanın vitse-prezidenti Delcy Rodriguez Twitter hesabında, "Venesuellanın hökuməti, ABŞ-ın Avropa və ABŞ neft şirkətlərinə Venesuelada danışıqlar aparmaq və əməliyyatlarına yenidən başlamaq icazəsi verdiyi barədə xəbərlər doğrudur" ifadəsini işlətmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)







