Neft Fondundan dövlət büdcəsinə transfert azaldılır - HƏRRACLARDA DAHA AZ DOLLAR SATILACAQ
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin təsdiq olunmuş göstəriciyə ilə müqayisədə 5 milyard 199,4 milyon manat (49,1 faiz) çox olmaqla 15 milyard 789,1 milyon manat nəzərdə tutulur.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri 11 milyard 563,1 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 192,5 milyon manat və ya 9,3 faiz azdır.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 192,5 milyon manat məbləğində olan hissəsi dövlət büdcəsinin əlavə neft gəlirləri hesabına əvəzləşdirilir və transfert müvafiq həcmdə azaldılır ki, bu da Dövlət Neft Fondunun aktivlərinin daha da artımını şərtləndirəcək.
Xatırladaq ki, 2022-ci il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə 2022-ci il üzrə Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 710 milyon manat səviyyəsində müəyyən edilmişdi.
Qeyd edək ki, Dövlət Neft Fondu dövlət büdcəsinə transfert üçün nəzərdə tutulmuş vəsait üzrə, Mərkəzi Bankda keçirilən hıərraclarda xarici valyuta sataraq aldığı manat vəsaitlərini dövlət büdcəsinə köçürür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























