Nazir: "Qiymətlərdə bir qədər azalma baş verəcək”
“İnflyasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemdir. Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır. Qaz həmçinin müxtəlif növ gübrələr üçün xammaldır. Buna görə də gübrə qiymətləri də avtomatik olaraq artıb. Hətta müəyyən qədər qıtlıq da yaranıb. Bu isə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. İlk növbədə taxılın, o cümlədən buğdanın bahalaşması müşahidə olunur”.
Bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında maliyyə naziri Samir Şərifov bildirib.
"Rusiya-Ukrayna müharibəsi nəqliyyat və logistika problemlərini daha də dərinləşdirib. Nəzərə alsaq ki, bu iki ölkə ən mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçılarıdır, bu da qiymətlərin artımına təsir göstərir. Beləliklə, xarici amillər hesabına formalaşan qiymət artımı Azərbaycana da sirayət edib. Çünki ölkəmiz bir sıra məhsulların idxalçısıdır və biz də bu qiymət artımının mənfi təsirlərini yaşayırıq”.
Nazir həyata keçirilən antiinflyasiya tədbirlərindən də danışıb: "Hökumət ölkə prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Bu tədbirlərin əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Bununla əlaqədar lazımi qərarlar qəbul edilir. Onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























