"Dövlət orqanlarına süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib"
Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır.
"Eyni zamanda, həmin orqanlar tərəfindən sahibkarlarla müvafiq maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər", - nazir qeyd edib.
"Qiymətlərdə azalma baş verəcək"
Samir Şərifov deyib ki, ərzaq məhsullarının qiymətinin artmasını nəzərə alaraq, cari ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 mln. manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulur.
Onun sözlərinə görə, bunun əsasında dövlət tərəfindən bu sahədə əlavə çevik tədbirlərin keçirilməsi nəzərdə tutulur.
"Hökumət tərəfindən Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, müəyyən antiinflyasiya tədbirləri hazırlanıb həyata keçirilməkdədir. Onların əksər hissəsi onunla bağlıdır ki, ilk növbədə Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud olan gömrük rüsum və müəyyən vergilərin aradan qaldırılmasıdır. Yəni bununla əlaqədar müvafiq qərarlar qəbul edilir. Bu qərarların icrası nəticəsində, hesab edirik ki, ən azı Azərbaycan hökumətinin payına düşən o məhsulların qiymətinin artımını aradan götürməklə, qiymətlərdə bir qədər azalma baş verəcək", - deyə Samir Şərifov qeyd edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























