"Azərbaycan” gəmi-bərəsi dünyanın ən yaxşı 50 gəmisi sırasında yer aldı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Azərbaycan” gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib. Bu, Cəmiyyətin mütəmadi dərc etdiyi siyahıda əksini tapıb.
Dünyanın ən qədim gəmiqayırma cəmiyyətinin seçiminə görə ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə Dəniz Mühəndisləri Bürosunun hazırladığı layihə əsasında inşa olunan “Azərbaycan” gəmi-bərəsi təyinatı, ölçüsü və tipi baxımından dünyanın 50 ən yaxşı gəmilərindən hesab olunur.
RİNA-nın şərtlərinə görə, ekspertlər ötən il istifadəyə verilən gəmiləri nəzərdən keçirərək rəylərini bildirir və buna əsasən də siyahını müəyyən edirlər.
Ən yaxşıların seçimi zamanı dünya sularında üzən kruiz laynerlərin, bərələrin, supertankerlərin, konteyner və avtomobil daşıyan gəmilərin əsas texniki parametrləri əsas götürülür.
Xatırladaq ki, 100 sərnişin və 56 vaqon tutumu olan Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Gəmi ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)

