“Neftin qiyməti 100 dollardan aşağı düşə bilər”
S&P Global Platts-ın Neft Bazarları üzrə Direktoru Spencer Welch Bloomberg-ə bildirib ki, tənəzzül (bhran) qorxusu ilə neft qiymətlərinin potensial olaraq 100 dollardan aşağı düşməsi mümkündür.S&P Global Platts-ın Neft Bazarları üzrə Direktoru Spenser Uelç (Spencer Welch) neft qiymətlərinin gedişi ilə bağlı Bloomberg-ə açıqlamalar verib.
Marja xəbər verir ki, neft qiymətlərinin aşağıya doğru hərəkəti ilə bağlı suala Uelç belə cavab verib:
“Bazar hələ də kəsirlidir; çünki Rusiya istehsalına sanksiya qoyulub və mövcud Rusiya qazında azalma var. Bununla belə, indi qlobal tənəzzül riski və yüksək inflyasiya kimi daha böyük narahatlıqlar var. Çindən neftə tələbatın azalacağı düşünülür. Bunlar neftin qiymətini aşağı salan amillərdir” .
Mövcud vəziyyətin tənəzzül deyil, tənəzzül qorxusu olduğunu vurğulayan Uelç, “Fed xüsusilə tənəzzül və yüksək inflyasiyadan narahatdır; lakin hər ikisi ilə eyni vaxtda məşğul olmaq iqtidarında deyil. Görünür, o, yüksək inflyasiyanın daha böyük narahatlıq doğurduğunu düşünür və bununla məşğul olmaq üçün faiz dərəcələrini artırır. Bu, tənəzzül riskini daha da gücləndirir", - deyib.
“Dünyada hər kəs enerji qiymətlərinin artması ilə bağlı problem yaşayır. Deməli, tənəzzül qorxusu realdır. Neft bazarına təsirinə gəlincə, neftin qiyməti bir qədər aşağı düşəcək. Çünki tənəzzül olanda insanlar neftə daha az xərcləyir və tələbat azalır. Digər tərəfdən, Ukrayna ilə Rusiya arasında vəziyyət ortadan qalxmayıb. Neftin qiymətinin birdən-birə 50-60 dollara düşəcəyindən danışa bilmərik. Haqqında danışdığımız neft qiymətlərinin potensial olaraq 100 dollardan aşağı düşməsidir", - Uelç əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)





