"PAŞA Bank" qanunvericiliyə faktorinq ilə bağlı əlavə və dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır
Ənənəvi faktorinqdə bank satıcıdan debitor borcu endirim ilə alır. Daha sonra alıcı borcunu bir başa banka ödəyir. Hazırda Azərbaycanda belə bir əməliyyat əlavə dəyər vergisinə görə çox cəlbedici deyil.
"PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev Marja-ya açıqlamasında bildirdi ki, ənənəvi faktorinqin daha da aktivləşməsi üçün ƏDV-nin ləğv edilməsilə bağlı İqtisadiyyat Nazirliyinə təkliflər təqdim etməyə hazırlaşırlar:
"Banklar əlavə dəyər vergisi ödəyicisi deyillər. Ənənəvi faktorinq invoysların alqı-satqısıdır. Biz hazırda daha çox debitor borcların maliyyələşdirilməsini əsas götürüb, maliyyələşdirmə həyata keçirirk. Bu ənənəvi, tam faktorinq deyil, yarımçıq faktorinqdir. Bu gün biz invoysa əsaslanan maliyyələşdirmə aparsaq da, hesablaşma birbaşa A və B şirkətləri arasında baş verir. Qanunvericiliyə dəyişiklik edilərsə biz debitor borcların maliyyələşdirilməsindən başqa, invoysların alqı-satqısında da daha aktiv ola bilərik. Faktorinqdə Türkiyənin çox gözəl təcrübəsi var. Faktorinq Türkiyədə çox inkişaf etmiş maliyyə məhsuludur. Təkliflər tam hazır olan kimi, ətraflı məlumatlar açıqlanacaqdır. Hesab edirik ki, təkliflər qəbul edilərsə, bazara beynəlxalq təcrübəyə uyğun olan məhsul çıxarda və faktorinqin həcmini artıra bilərik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















