Draghi istefa verdiyini elan etdikdən sonra İtaliyanın birjası kəskin şəkildə aşağı düşüb
Ölkənin on illik dövlət istiqrazlarının sentyabr fyuçersləri iyun ayından bəri ən aşağı səviyyəyə düşüb.Cümə axşamı İtaliyanın baş naziri Mario Draqinin tutduğu vəzifədən istefa verdiyini elan etməsindən sonra İtaliya istiqrazları və səhmlərinin fyuçersləri gündəlik minimuma enib.
Marja xəbər verir ki, İtaliyanın 10 illik dövlət istiqrazlarının sentyabr ayı üçün fyuçersləri 122-dən aşağı düşüb, bu iyun ayından bəri ən aşağı səviyyədir. Gün ərzində İtaliya fond bazarı indeksi üzrə fyuçers müqavilələri 5%-dən çox ucuzlaşıb. Bundan başqa, Draqinin istefası barədə açıqlaması fonunda avro yenidən dollara nisbətdə paritetdən - 0,9984-ə düşüb.
Agentliyin müsahibə verdiyi analitiklərin fikrincə, İtaliyadakı siyasi vəziyyət iyul ayında kreditlər üzrə faiz dərəcələrini 0,25% artırmaq niyyətində olan Avropa Mərkəzi Bankının (AMB) planlarına mane ola bilər. AMB üçün çətinlik odur ki, o, dövlət istiqrazları bazarlarını nizamlı saxlayaraq pul-kredit siyasətini sərtləşdirmək istəyir, çünki artan borclanma xərcləri İtaliya kimi ağır borcu olan ölkələrə daha çox zərbə vurub.
Draqinin istefasına səbəb hakim koalisiyanın partiyalarından biri olan və bu yaxınlara qədər onun əsasını təşkil edən 5 Ulduz Hərəkatının parlamentin yuxarı palatasında hökumətə etimad məsələsi ilə bağlı səsvermədə iştirakdan imtina etməsi olub.
İtaliya prezidenti Sercio Mattarella Draqinin istefasını qəbul etməyib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
























