Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İndoneziyalı iş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndoneziyalı iş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi və Səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olub.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev səfirlik əməkdaşlarına ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış biznes və investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Azərbaycanla İndoneziya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Hildi Hamidi İndoneziya şirkətlərinin tikininti materiallarının istehsalı və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarında həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda səfirlik əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Alco” MMC-nin sürkü yağları istehsal müəssisəsində və “STP” MMC-nin Kabel zavodunda istehsal prosesi ilə tanış olublar.

 

16.07.2022 12:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

SON XƏBƏRLƏR