Bu bank çox yaxşı işləyib, xalis mənfəəti kəskin artıb
“Expressbank” ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 8 milyon 28 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 5 milyon 627 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Expressbank” ASC-nin xalis mənfəəti 2 milyon 401 min manat və ya 42,7% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Expressbank”ın faiz gəlirləri 19 milyon 737 min manat ikən, 2022-ci ilin eyni dövründə 23 milyon 566 min manat təşkil edib (3 milyon 829 min manat və ya 19,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 6 milyon 756 min manatdan 8 milyon 822 min manata yüksəlib (2 milyon 66 min manat və ya 30,5% artıb).
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 11 milyon 906 min manat və ya 4,5% artaraq 273 milyon 345 min manata yüksəlib. Bankın cəmi aktivləri isə 5,2% artaraq 30 iyun 2022-ci il tarixində 369 milyon 581 min manata çatıb.
İlk 6 ayda “Expressbank” depozitlər 6% artaraq 165 milyon 528 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində “Expressbank” ASC 129 milyon 349 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 120 milyon 617 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
50 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)








.jpg)



