Azərbaycanda "milyarderlər klubuna" daha bir bank daxil oldu
Aktivləri 1 milyard manatdan çox olan banklar siyahısına “AccessBank” da daxil olub.Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 840 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 2 milyon 24 min manat xalis zərər ilə bağlamışdı. Bankın xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, “AccessBank”ın faiz gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 17 milyon 69 min manat və ya 36,3% artaraq 64 milyon 55 min manat təşkil edib. Bank 2021-ci ilin birinci yarısında 46 milyon 986 min manat faiz gəlirləri əldə etmişdi.
“AccessBank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 1 milyon 494 min manat və ya 47,8% artaraq 4 milyon 617 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun dövründə “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 68 milyon 672 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 61 milyon 717 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 955 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5 milyon 115 min manat ayırdığından ilk 6 ayı 1 milyon 840 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 50 milyon 109 min manat, cəmi əməliyyat xərcləri 51 milyon 554 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 1 milyon 445 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 579 min manat ayırdığından zərəri 2 milyon 24 min manata yüksəlmişdi.
Ötən 1 il ərzində “AccessBank”ın əməliyyat zərərindən çıxması xüsusi qeyd edilməlidir. Bankın əməliyyat gəlirlərinin 17 milyon 118 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 10 milyon 163 min manat artıb.
AKTİVLƏRİ 1 MİLYARD MANATI KEÇİB
2022-ci ilin 2-cü rübündə “AccessBank”ın cəmi aktivləri 1 milyard manat səviyyəsini keçərək 30 iyun 2022-ci il tarixində 1 milyard 3 milyon 496 min manata çatıb. Ötən ilin sonundan ötən dövrdə (ilk 6 ayda) Bankın aktivləri 71 milyon 346 min manat və ya 7,6% artıb. “AccessBank”ın cəmi akivləri 2021-ci ilin sonunda 932 milyon 150 min manata, 31 mart 2022-ci il tarixində isə 983 milyon 616 min manata çatmışdı.
KREDİT PORTFELİ ARTIB
2021-ci ilin sonu ilə müqayisədə “AccessBank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 80 milyon 15 min manat artaraq 712 milyon 491 min manata, o cümlədən istehlak kreditləri portfeli 36 milyon 324 min manat artaraq 122 milyon 545 min manata, biznes kreditləri portfeli 44 milyon 667 min manat artaraq 584 milyon 36 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 976 min manat azalaraq 5 milyon 910 min manata geriləyib.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ 100 MİLYON MANATDAN ÇOX ARTIB
Ötən ilin sonundan ötən dövrdə (ilk 6 ayda) “AccessBank”da depozitlər 89 milyon 733 min manat artaraq 779 milyon 561 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 101 milyon 46 min manat artaraq 659 milyon 19 min manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə 11 milyon 313 min manat azalaraq 120 milyon 542 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 iyun 2022-ci il tarixində “AccessBank” QSC 83 milyon 687 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 79 milyon 666 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq





















