Yüksək inflyasiya Manatın alıcılıq qabiliyyətini azaldır – Bəs Mərkəzi Bank nə edir?
Sürətlənən inflyasiyanın Manatın alıcılıq qabiliyyətini azaltdığı sirr deyil. 100 manata 3-4 il əvvəl alınan malların, bugün yarısını belə almaq mümkün deyil.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu barədə Marja-nın sualını cavablandıraraq bildirib ki, yüksək inflyasiya ilə əlaqədar olaraq Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi həssas mövzudur. Mərkəzi Bank tələbin canlanmasından qaynaqlanan inflyasiyaya təsir edə bilir, təklifdən qaynaqlanan inflyasiyanın qarşısında isə acizdir:
“İnflyasiya həm təklif, həm də tələb ilə əlaqədar ola bilər. Mərkəzi Bank faiz qərarları və makroprudensial tələbləri ilə yalnız tələbə təsir edə bilir. Hazırda Azərbaycandakı yüksək inflyasiya daha çox idxaldan qaynaqlanır. Bizim əsas məqsədimiz tələbin artmasını tənzimləməkdir, yəni tələb nə çox sürətlə artsın; belə olduqda infllyasiya daha da yüksələ bilər, nə də iqtisadiyyatın inkişafına mənfi təsir edəcək qədər çox aşağı düşsün. Biz tələbi balanslaşdırmağa çalışırıq. Hazırda Mərkəzi Bank faizləri dəyişdirməklə deyil, makroprudensial tələblərə dəyişikliklər etməklə tələbi tənzimləyir.
Artıq banklararası bazarın yaradılması ilə bağlı işlər aparılır. Ümidvaram ki, Sentyabr ayından banklara yeni platforma təqdim ediləcək. Bu platformada bankların aktivliyinin stimullaşdırılması ilə fəaliyyətimizi davam etdirəcəyik və bunun nəticəsində Mərkəzin Bankın uçot dərəcəsinin bankların faizlərinə transmissiyası artacaq. Hal-hazırda biz, bir sıra amillər ilə əlaqədar olaraq faiz dərəcələrini dəyişdirmirik. Mən çıxışımda bu amilləri bəyan etmişəm. Bizim əsas məqsədimiz bu gün tələbin sürətlə artmamasıdır, çünki bu inflyasiyanın böyüməsinə səbəb olacaqdır. Nəzərə alsaq ki, idxal inflyasiyasının əsas səbəbləri enerji qiymətləridir, logistikada olan problemlərdir. Biz ümidvarıq ki, bu istiqamətlərdə xərclər azaldığı təqdirdə idxal inflyasiyası da azalacaq”.
Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov bildirib ki, inflyasiyanın aşağı salınması və Manatın alıcılıq qabiliyyətinin dəstəklənməsi üçün Mərkəzi Bank artıq bir sıra qərarlar qəbul edib:
“İnflyasiyanı həm azaldan, həm də artıran amillər var. Biz ötən iclaslardan bəri artırıcı və azaldıcı amillərə baxırıq. Görürük ki, azaldıcı amillər əhəmiyyətlidir. Burada Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini, İyunda dünya ərzaq qiymətlərinin ucuzlaşmasını, təcihaz-logistika xərclərini xarakterizə edən indekslərdə azalmanı müşahidə edirik. Mən qısa qeyd etmək istərdim ki, dünya ərzaq qiymətləri ardıcıl iki aydır aşağı düşməkdədir. Eyni zamanda, biz faizdən başqa, digər qərarlar da qəbul edirik. Məsələn, Mərkəzi Bank məcburi ehtiyat normasının artırılması ilə bağlı qərar qəbul edib. Həmçinin makroprudensial siyasətlər ilə bağlı qərarlar qəbul etmişik ki, bu da inflyasiyanın səviyyəsinin cilovlanmasına və Manatın alıcılıq qabiliyyətinin dəstəklənməsinə xidmət edir”.
Qeyd edək ki, Taleh Kazımovun təyinatından sonra keçirilmiş yığıncaqlarda (29 aprel 2022,17 iyun 2022 və 29 iyul 2022-ci il tarixlərində) faizlərdə dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılmışdır.
Mərkəzi Bankın İdarə Heyəti bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalmasının inflyasiyaya azaldıcı təsir göstərdiyini nəzərə alaraq faizlərini sabit saxlayıb.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
























