Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti Müşahidə Şurasının ilk iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının bu gün ilk iclası keçirilib.
İclas Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi – Emin Hüseynovun sədrliyi ilə keçirilib.
İclasda müşahidə şurasının üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini – Səməd Bəşirli, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini – Sarvan Cəfərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini – Namiq Hümmətov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini – Azadə Hüseynova iştirak ediblər.
Emin Hüseynov iclası açaraq ilk olaraq Xidmətin Müşahidə Şurasının sədri və üzvlərinin təyin olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olmuş Azərbaycan xalqının qələbəsinin əbədiləşdirilməsi üçün köçkün düşən insanların öz doğma torpaqlarına qayıdışının təmin olunmasını xüsusi vurğulanıb.
İclasın sədri Müşahidə Şurasının üzvlərini yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib.
İclasda həmçinin, Fərmandən irəli gələn vəzifələrin icrasının təmin etmək məqsədilə xidmətin fəaliyyətinin təşkili sahəsində ilkin mərhələdə ən vacib məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.
Sonda Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























