Azercell şirkətinin kartel razılaşmasına imza atdığı iddia olunur
“Azercell Telekom” şirkətinin rəqabəti məhdudlaşdırdığı, ayrı-seçkiliyə yol veridiyi, sərfəli olmayan müqavilə şərtlərini müəssislərə məcburi qəbul etdirdiyi bildirilir.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-nin ərizəsilə “Azercell Telekom” MMC və “L-SİM” MMC barələrində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
Marja.az xəbər verir ki, iddia Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
İşin ümumi halı - “Azercell Telekom” MMC üçüncü şəxslərin sifarişləri əsasında abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsi ilə bağlı müəssisələrlə eyni şərtli müqavilələrin bağlanmasında (xidmət haqlarında) ayrı-seçkiliyə yol verilməsi, sərfəli olmayan müqavilə şərtlərinin həmin müəssislərə məcburi qəbul etdirilməsi, habelə “Azercell Telekom” MMC və “L-Sim” MMC aralarında rəqabəti məhdudlaşdıran müqavilələr bağlaması (kartel razılaşması) və “L-Sim” MMC bu cür kartel razılaşmasına səbəb olan müqaviləni bağlamaqla onun rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməsidir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti işə 10.08.2022-ci il tarixində baxacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























