Səudiyyə şahzadəsindən Rusiya şirkətlərinə 500 milyon dollar investisiya
Səudiyyəli milyarder şahzadə Əl-Valid bin Talalın Moskvanın Ukraynaya hücumundan dərhal əvvəl və sonra Rusiya şirkətlərinə təxminən 500 milyon dollar sərmayə yatırdığı bildirilir.
Marja xəbər verir ki, Səudiyyə şahzadəsi Əl-Valid bin Talalın şirkəti olan "Kingdom Holding" 22 fevral - 22 mart tarixləri arasında Rusiyanın enerji şirkətləri "Qazprom", "Rosneft" və "Lukoyl"a sərmayə qoyub. Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.
Fevral ayında bu şirkətlərə ümumilikdə 500 milyon dollar sərmayə qoyulduğu, bunun 365 milyon dollarının “Qazprom”a yatırıldığı bildirilib.
Ətraflı məlumat verilməsə də, Səudiyyə şirkəti mövzu ilə bağlı sualları cavablandırmayıb.
Müasir Səudiyyə Ərəbistanının qurucusunun nəvəsi və Səudiyyə Ərəbistanının ən zəngin iş adamlarından biri olan 67 yaşlı Əl-Valid bin Talal "Citigroup" və "Apple" kimi bəzi beynəlxalq şirkətlərə etdiyi sərmayələri ilə də diqqət çəkir.
Milyarder şahzadə bəzi digər şahzadələrlə birlikdə 2017-ci ildə korrupsiya iddialarına görə Ər-Riyaddakı "Ritz Carlton" otelində saxlanılmışdı. Şahzadə 83 gündən sonra sərbəst buraxılıb. Rəsmi ittiham irəli sürülməyən Şahzadə hökumətlə əməkdaşlıq etdiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























