“MKT İstehsalat Kommersiya” MMC-nin təşkilatçılığı ilə “Açıq Tarla Günü” keçirilib
(®) “MKT İstehsalat Kommersiya” MMC 10 avqust 2022-ci il tarixində şirkətin Yevlax İnnovasiya Fermer təsərrüfatında respublikamızın müxtəlif regionlarından gələn fermer, aqronom və xarici qonaqların iştirakı ilə “Açıq tarla günü” tədbiri keçirilmişdir. Tədbir iki hissədən ibarət olmaqla, 150-dən çox fermer və xarici şirkət nümayəndlərinin iştirakı ilə baş tutumuşdur.
Tədbir çərçivəsində qonaqlar “MKT İK” MMC-nin Yevlax İnnovasiya Fermer təsərrüfatında Azərbaycanın yerili iqlim şəraitinə uyğun olub-olunmaması məqsədi ilə becərilən 15-dən çox Pakistan, Türkiyə, İsrail, Yunanıstana məxsus pambıq çeşidləri ilə tanış olmuşdur. Bununla yanaşı iştirakçı fermer və aqronomlar becərilən çeşidlər barədə tərtib edilmiş qiymətləndirmə sorğusunda iştirak edərək, müşahidə etdikləri çeşidlər barədə öz fikirlərini bölüşmüşdür.
Tədbirdə, Azərbaycanın pambıqçılıq tarixində ilk dəfə olaraq İsrail seleksionerlərinə məxsus pambıq çeşidlərinin becərilməsi fazası nümayiş olunmuşdur. Becərilən bu pambıq çeşidinin mahlıcının texniki göstəriciləri (barbadense) növünün göstəriciləri ilə üst üstə düşür və dünya bazarında daha yüksək qiymətə satılır. Tədbirdə bu pambıq çeşidinin həm müəliflərindən biri olan doktor Yechiel Tal da iştirak edərək fermerləri maraqlandıran sualları yerində cavablandırmışdır.
Tədbirin ikinci hissəsi “MKT İK” MMC-nin fermerlər üçün təqdim etdiyi “MKT Cotton” mobil tətbiqinin təqdimatı ilə başlamış ardınca pambıqçılıq sahəsində mühüm təcrübəyə malik xarici şirkət nümayəndələri - “ProGen Tohum”, “May Tohum”, “Ceyhan Tohum”, “Segula Agro”, “Hekagro” və “Saxalinski” Kalium Qumat şirkətinin yerli nümayəndələrindən ibarət mütəxəssis heyəti çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
“Açıq tarla günü” tədbirinin həyata keçirilməsində məqsəd fermerlərlə şirkət arasında olan əlaqələrin inkişafına, fermerlər və istifadə etdilən dərmanlama, suvarma kimi xidmətləri təqdim edən şirkətlər arasında dialoqun möhkəmlənməsinə, həmçinin “MKT İK” MMC-nin innovasiya fermer təsərrüfatlarında aparılan pambıq sınaq əkin nəticələri ilə fermerləri tanış edərək ümumilikdə pambıqçılıq sektorunun inkişaf etməsi, məhsuldarlıqda hektar başına düşən sentnerin artmasına xidmət edir.
İllər boyunca şirkətin fermerlərlə birgə çalışması, bitkiyə düzgün qulluq prosedurlarına əməl olunması, damlama və pivot suvarma sistemlərinin tətbiq edilməsinin nəticəsi olaraq “MKT İK” MMC Azərbaycanın qeyri-neft sektorunda 2021-ci ilin bütün ayları və 2022-ci ilin 7 ayı ərzində ixrac lideri olaraq, ölkəmizdə pambıqçılığın inkişafına böyük töhvələr vermiş və mühüm uğurlara imza atmışdır.
“MKT İK” MMC pambıqçılığın inkişafı üçün bu növ tədbirlərin davam edəcəyini, bu sahədə fermer və şirkət əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə mühüm çalışmaları davam etdirəcəkdir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 9 d. əvvəl
-
16 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
28 d. əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
42 d. əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
57 d. əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
1 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
-
1 saat əvvəl
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
Ən çox oxunanlar
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb









.webp)









.jpg)





.jpg)


