Azərbaycanın texnologiya şirkəti xalis mənfəət açıqlayıb - 4,4 MİLYON MANATLIQ SATIŞ
İnsan resursları, əlaqə mərkəzi, süni intellekt və biznesin idarə edilməsi üzrə həllər təqdim edən "ATL Tech" MMC şirkəti 2021-ci ili 296 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 298 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "ATL Tech" şirkətinin satışdan gəlirləri 2020-ci ildə 6 milyon 193 min manat ikən, 2021-ci ildə 4 milyon 426 min manata düşüb (28,5% azalma).
2021-ci ildə "ATL Tech"in cəmi gəlirləri 4 milyon 468 min manat, cəmi xərcləri 4 milyon 172 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi gəlirləri 6 milyon 337 min manat, cəmi xərcləri 6 milyon 39 min manat təşkil etmişdi.
Qeyd edək ki, ATL Tech-in təsisçisi Rəşad Mirzəyevdir. O, “EY İlin iş Adamı” müsabiqəsində İnnovasiyalar nominasiyasının qalibi elan olunmuşdur.
2013-cü ildə əsası qoyulan "ATL Tech" şirkəti geniş çeşiddə xidmətlərin təchizatçısına çevrilib və İT konsaltinq, təhlükəsizlik sistemləri, proqram təminatı, İT həlləri, İT dəstəyi və sistem inteqrasiyası üzrə ixtisaslaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















