Dövlət Məşğulluq Agentliyi 744 min manatlıq ofis icarəsinə aydınlıq gətirdi
Dövlət Məşğulluq Agentliyi "Ofis sahəsinin icarəsinin satın alınması" ilə bağlı keçirdiyi tenderdə əvvəllər barəsində şikayətlərin olduğu “Macaz Construction” MMC-nin qalib elan edilməsi və 743 min 853 manat olan müqavilə imzalaması ilə bağlı məlumat yayıb.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, cari ilin mart ayında Dövlət Məşğulluq Agentliyinin strukturunda edilmiş dəyişikliyə əsasən yeni iqtisadi zonalara uyğun Regional Məşğulluq filialları və 3 yeni Mərkəzi filialı yaradılıb. Yeni yaradılmış Mərkəzi Mühasibatlıq və Təyinat filialı və Mərkəzi Monitorinq və Qiymətləndirmə filiallarının, o cümlədən Agentliyin aparatının 5 departamentinin fəaliyyətinin təşkil olunması məqsədilə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq tender keçirilib.
"Tenderin nəticəsinə əsasən, ən aşağı qiymət təklif edən “Macaz Construction” MMC-dən ümumi sahəsi 2300 kv. metr olan ofis sahəsi 24 ay müddətində icarəyə götürülüb. Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 27-29 ünvanında tam təmirli icarəyə götürülən ofis sahəsinin hər kvadrat metr üçün aylıq dəyəri 13 manatdır (ƏDV daxil)",- məlumatda qeyd olunub.
Qeyd edək ki, "MACAZ Construction" MMC Bakı Ağ Şəhərdə “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirir. Binalardan mənzil alanlar cari ilin İyul ayında iddia etmişdilər ki, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi təxminən 3 ildir dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər.
Həmçinin şikayətçilər bildirmişdilər ki, "MACAZ Construction" MMC-nin əsl sahibi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur.
İddialar ilə əlaqədar “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirən "MACAZ Construction" MMC-nin direktoru Rəşad İsmayılov Marja.az-a açıqlamasında bildirmişdi ki, “Era Tower” binasının tikintisi işlərinin geçikməsi Bakı Ağ Şəhər layihəsinin ofisindən icazə ala bilməmələrilə əlaqədardır: “Pandemiyadan sonra şirkətimizin maliyyə vəziyyətində daha böyük çətinliklər yarandığından Bakı Ağ Şəhər layihəsinin ofisinə elektrik enerjisi və su təchizatı üzrə ödənişləri köçürə bilmədik. Bununla əlaqədar olaraq tikintimizə elektrik enerjisinin və suyun təchizatı dayandırılıb, tikinti işlərinə icazə verilmir”.
Rəşad İsmayılov qeyd etmişdi ki, pandemiyadan öncə də bir neçə dəfə problem meydana çıxıb, lakin 3-4 ay fasilələrdən sonra ödənişlər edilib və tikinti işləri bərpa olunub. Həmçinin Rəşad İsmayılov bildirmişdi ki, yaxın 15-20 gün ərzində "MACAZ Construction" şirkətinin maliyyə çətinliyinin həllini tapacaq, Bakı Ağ Şəhər ofisinə borclar köçürüləcək və tikinti bərpa ediləcəkdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 d. sonra
-
40 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
19 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
Ən çox oxunanlar
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb












.jpg)





