Qazaxıstan Azərbaycanla neftin nəqli variantları üzrə danışıqları davam etdirir
Qazaxıstanın “KazMunayQaz” (KMG) neft-qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neftin nəqli variantlarının həyata keçirilməsi üzrə danışıqları davam etdirir.
Bu barədə “İnterfax Qazaxıstan”a istinadən xəbər verir.
“Qazaxıstan neftinin ixrac marşrutlarının daha da şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Energetika Nazirliyi və “KazMunayQaz” Azərbaycan tərəfi ilə Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli məsələləri üzrə danışıqlara başlayıb”, - deyə bu ölkənin Energetika Nazirliyi xatırladıb.
Nazirlikdən bildiriblər ki, hazırda “KazMunayQaz” SOCAR və Qazaxıstan neft şirkətləri ilə neftin nəqlinin müxtəlif variantları ilə bağlı danışıqları davam etdirir.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Bolat Akçulakov bildirmişdi ki, Azərbaycan ərazisindən yalnız az miqdarda neftin nəqli imkanları nəzərdən keçirilir: «Xəzər dənizi vasitəsilə Azərbaycana müəyyən həcmdə neftin göndərilməsi məsələsi texniki məsələdir və söhbət hansısa böyük həcmdə daşınmalarda deyil, bizdə neft hasilatının artımı nəticəsində ola biləcək bəzi izafi həcmlərdən gedir".
Xatırladaq ki, iyulun əvvəlində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz”a Qazaxıstan neftinin tədarükünü şaxələndirmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsi üçün ən optimal variantların işlənib hazırlanmasını tapşırıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir. Hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutu Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemidir. Bu, boru kəməri ilə vurulan həcmin 80 %-dən çoxunu təşkil edir. Kəmərin gücü ililk 67 milyon ton neftdir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

