Hindistanlı milyarder Amazon-un qurucusunu geridə qoydu
Hindistanlı iş adamı Qautam Adani (Gautam Adani) varlılar siyahısında Amazon-un qurucusu Ceff Bezosu geridə qoyaraq dünyanın ikinci ən varlı adamı olub.“Adani Group” şirkətinin direktoru və qurucusu hindistanlı iş adamı Qautam Adani ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezosu "taxt"dan salaraq, dünyanın ikinci ən zəngin adamı kimi siyahıda yerini tutub.
Marja xəbər verir ki, Bezosun sərvəti 145,8 milyard dollara düşdükdən sonra Adani 146,9 milyard dollar sərvəti ilə siyahıda ikinci yerdə qərarlaşıb. 1-ci yerdə 260 milyard dollarlıq sərvətlə Tesla və SpaceX-in qurucusu İlon Mask qərarlaşıb.
Analitiklər sərvət reytinqindəki dəyişikliyin qısamüddətli ola biləcəyini və bu il 26 faizdən çox ucuzlaşan Amazon səhmləri ilə bağlı olduğunu düşünürlər.
Asiyanın ən varlı iş adamı
Bloomberg Milyarderlər İndeksində 2022-ci ilə 14-cü yerdən başlayan və siyahıda sürətlə irəliləyən Adani tərəfindən qurulan "Adani Enterprises Ltd." şirkətinin səhmləri bu həftə rekord bahalaşıb. Digər tərəfdən, “Adani Group”a daxil olan şirkətlər 2020-ci ildən bəri 1000 faizdən çox böyüyüb.
Fevral ayında Asiyanın ən varlı iş adamı olan hindistanlı milyarder Mukesh Ambani keçən Adani son iki ayda Bill Qeyts və fransalı Bernard Arnonu da "taxtdan" salıb. Bir asiyalı iş adamı ilk dəfə olaraq ABŞ texnologiya sahibkarlarının üstünlük təşkil etdiyi indeksin ilk yerlərinə daxil olub.
Adaninin qurucusu olduğu "Adani Qrup"unun neft-kimya, aerokosmika, müdafiə və məlumat mərkəzləri daxil olmaqla bir çox sektorda investisiyaları var. Son zamanlar Adani Səudiyyənin neft nəhəngi Aramco-da müştərək müəssisə də daxil olmaqla tikinti, polad kimi bir çox sahədə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























