AZAL yeni bort əyləncə sistemini təqdim edir
Azərbaycanın milli aviadaşıyıcısı təyyarələrin göyərtəsində yeni prinsip üzrə əyləncə sistemini tətbiq etməyə başlayır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Artıq sərnişinlər Wi-Fi vasitəsilə təyyarənin multimedia şəbəkəsinə qoşulmaq üçün mobil cihazlarından (telefon və planşet) istifadə edə, daha sonra isə birbaşa öz qadcetlərində bədii və sənədli filmlərə, idman proqramlarına, cizgi filmlərinə, seriallara, şou proqramlara və bir çox müxtəlif məzmunlu audio və video kontentlərə baxa və dinləyə biləcəklər.
Multimedia kontentlərinə baxmaq üçün üçüncü tərəfin mobil tətbiqini yükləməyə ehtiyac yoxdur, bütün əməliyyatlar mobil brauzer vasitəsilə həyata keçirilir.
İlkin mərhələdə bu sistemin “Airbus 319” və “Airbus 320” təyyarələrinin göyərtələrində tətbiq edilməsi nəzərdə tutulur.
Gələcəkdə digər təyyarələrin göyərtəsində simsiz axınlı əyləncə xidmətinin tətbiqi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
10 saat əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 10 saat əvvəl
-
10 saat əvvəl
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
-
11 saat əvvəl
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
-
11 saat əvvəl
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
Ən çox oxunanlar
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı


















