Fransanın borcunun tezliklə 3 trilyon avronu keçəcəyi açıqlanıb
Fransa Maliyyə Nazirliyinin büdcə siyasəti üzrə nümayəndəsi Qabriel Attal Fransanın borcunun "yaxın bir neçə həftə ərzində" 3 trilyon avro həddi keçəcəyini bildirib.
"Gələcək həftələrdə borc 3 trilyon avro həddi keçəcək", Attal bazar günü "Journal Du Dimanche" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2023-cü ildə borcun ödənilməsi dövlətə 51,7 milyard avroya başa gələcək.
O, qeyd edib ki, bazar ertəsi təqdim olunacaq gələn ilin büdcə layihəsində dövlət maliyyəsinin 5% səviyyəsində kəsiri nəzərdə tutulub.
Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) məlumatına görə, 2022-ci ilin birinci rübündə Fransanın borcu 2,9 trilyon avro təşkil edib ki, bu da ÜDM-in 114,5%-ni təşkil edir.
Insee qeyd edib, 21-ci əsrdə Fransanın borcu getdikcə artıb. Borc 2001-ci ildə ÜDM-in təxminən 60%-ni təşkil edirdisə, 2016-cı ildə ÜDM-in 100%-nə çatmışdır. Borc 2021-ci ilin birinci rübündə ÜDM-in 117,4%-nə yüksəlib, sonra bir qədər azalma baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























