Uzunluğu 54,2 km olan su kanalı tikilir
Mil-Muğan bölgəsində yeni su kanalı tikilir.
Uzunluğu 54,2 km olan kanal başlanğıcını İmişlidə Araz çayının qolundan götürür.
Tikintisinə bu ilin mart ayında start verilən magistral kanal vasitəsilə İmişli, Saatlı və Biləsuvar rayonları ərazisində 40 min hektar qış otlaq sahələri əkin dövriyyəsinə qaytarılacaq, yeni fermer təsərrüfatlarının yaranmasına stimul veriləcək. Hazırda kanalın 22 kilometrlik hissəsində işlər tam başa çatıb.
54,2 kilometr torpaq məcrada tikiləcək kanalın su sərfi başlanğıcda 35 kubmetr/san. olacaq. Kanalın üzərində 100-ə yaxın hidrotexniki qurğu inşa edilib. Kanalın 32 kilometrlik hissəsində tikinti işləri davam etdirilir.
Kanalın tikintisinə 204 ədəd maşın-mexanizm və 354 nəfər işçi cəlb olunub. Hazırda kanalın üzərində hidrotexniki qurğuların, körpülərin və şlüzlərin tikintisi davam edir. Kanalın üzərində həmçinin 36 ədəd suburaxıcı, 11 ədəd körpü və səviyyə qaldırıcı qurğular tikilməlidir.
“Muğansutikinti” Səhmdar Cəmiyyətin sədri Vaqif Qurbanovun bildirdiyinə görə, kanalın tikintisi zamanı 4 milyon kubmetrə yaxın torpaq işləri görülməlidir. Artıq 2 milyon 750 kubmetr torpaq kanalın yastığına daşınaraq kipləşdirilib və 1 milyon 300 kubmetr qazma işləri aparılıb. Qrafikə əsasən magistral kanalın 32 kilometrlik hissəsinin tikintisinin bu ilin iyul ayının axırında, 44 kilometr hissəsinin isə sentyabr ayında başa çatdırılacağı nəzərdə tutulub. Ümumilikdə isə kanalın tikintisinin bu ilin oktyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 42 d. əvvəl
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)

