Media: Sentyabrın 26-da İsveçdə Şimal axını marşrutlarında iki partlayış qeydə alınıb

İsveç seysmoloqları sentyabrın 26-da “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin marşrutlarında baş vermiş iki partlayışı qeydə alıblar.
Bu barədə çərşənbə axşamı İsveçin SVT telekanalı məlumat yayıb.
İsveç Milli Seysmik Şəbəkəsinin (SNSS) əldə etdiyi məlumatlara görə, ölçmə stansiyaları tərəfindən iki partlayış qeydə alınıb.
Telekanal xəbər verir ki, qeydə alınmış partlayışların koordinatları hazırda qaz sızmasının baş verdiyi ərazi ilə üst-üstə düşür. İlk partlayış bazar ertəsi səhər saat iki radələrində, ikinci partlayış isə həmin gün saat 19:04-də qeydə alınıb. Qaz sızması xəbərdarlığı bazar ertəsi saat 13:52 və 20:41-də verilib. Məlumata görə, ərazidən keçən gəmilər dəniz səthindəki qaynama barədə Sahil Mühafizəsinə məlumat verib. İddia olunur ki, adətən hadisənin baş verdiyi ərazidə nəzəri cəhətdən boru kəmərlərinə ziyan vura biləcək hərbi təlimlər olmur.
Hərbi helikopterdən çəkilmiş qaynama görüntüləri daha əvvəl Danimarka Silahlı Qüvvələri tərəfindən öz saytında paylaşılmışdı. Onlar dəniz səthində ən azı bir neçə on metr diametrdə qazın atmosferə qaçdığı ərazini göstərirlər.
İsveçin xarici işlər naziri Ann Linde deyib ki, hökumət Şimal Axını qaz kəmərindəki sızmalarla bağlı təcili iclas keçirəcək.
Bir neçə saat ərzində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində üç sızma aşkar edilib. Onlardan birincisi Danimarkanın Bornholm adası yaxınlığında “Şimal axını 2”də aşkar edilib. Daha sonra “Şimal axını 1”də iki sızma qeydə alınıb. Danimarka Enerji Agentliyi böyük miqdarda qazın dənizə daxil olduğunu bildirib. Təyyarələrin və gəmilərin hadisə yerinə beş dəniz milindən yaxın yaxınlaşması qadağandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
