"Səudiyyə Ərəbistanı ABŞ-ı qəzəbləndirmək və Rusiyaya kömək etmək istəyir"
FT: Ər-Riyad və Moskva bu gün Vyanada keçiriləcək OPEC+ toplantısında neft hasilatının azaldılmasını elan etməyə hazırdırlar. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı "ABŞ-ı qəzəbləndirmək və Rusiya Federasiyasına kömək etmək" üçün neftin qiymətini qaldırmağa çalışır.Səudiyyə Ərəbistanı, Rusiya və digər istehsalçılar bu gün Vyanada keçiriləcək OPEC+ toplantısında neft hasilatını əhəmiyyətli dərəcədə azaldacaqlarını elan etməyə hazırdırlar.
Marja xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı "ABŞ-ı qəzəbləndirmək və Rusiyaya kömək etmək" üçün neftin qiymətini qaldırmağa çalışır.
Qəzet qeyd edir ki, hasilatın azaldılması səviyyəsi hələ razılaşdırılmayıb, lakin Ər-Riyad və Moskva guya gündəlik 1-2 milyon barel və ya daha çox ixtisarda israr edirlər. İstisna edilmir ki, bu tədbir tərəflər tərəfindən “mərhələ ilə, bir neçə ay ərzində” həyata keçirilə və ABŞ-ın cavab addımları atmasına səbəb ola bilər.
“Financial Times” mənbələrdən birinin dediklərinə istinadən yazır ki, OPEC+ sazişində iştirak edən ölkələrin Rusiya nefti üçün tətbiqi müzakirə olunan qiymət tavanının (məhdudiyyətinin) sonradan digər istehsalçılara münasibətdə “daha geniş tətbiq üçün presedentə çevrilə biləcəyindən ehtiyat edir”.
OPEC+ nazirləri neft hasilatı ilə bağlı gələcək planı müəyyən etmək üçün çərşənbə günü növbəti iclas keçirəcəklər. 2020-ci ilin martından bəri ilk dəfə alyans üzvləri OPEC-in Vyanadakı mənzil-qərargahında şəxsən görüşəcəklər.
HƏMÇİNİN OXU: Neft bazarları nəfəsini tutub bu qərarı gözləyir - SAAT 16:00- DA İCLAS BAŞLAYACAQ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
18 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
27 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib




.jpg)








.jpg)







