Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz qapılarını yenidən açacaq
Pandemiya ilə əlaqədar yaranan fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2023” sərgisi aprelin 25-dən 27-nə kimi Bakı Ekspo Mərkəzində öz qapılarını yenidən açacaq.
Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətinin yaydığı məlumatda bildirilir ki, AITF ənənəvi olaraq sənayenin aparıcı oyunçularını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.
“AITF 2023” sərgisi dünyanın müxtəlif yerlərindən şirkətləri, elə isə, Azərbaycan, Belarus, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis, və başqa ölkələrdən şirkətləri bir araya gətirəcək. Belarus, Xorvatiya, Polşa, və başqaları milli stendlərlə iştirak edəcəklər.
Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan AITF 2023-ün baş sponsoru olacaq.
AITF 2023 sərgisi aşağıdakı istiqamətləri əhatə edəcəkdir:
-Gediş turizmi (Outbound tourism)
-Yerli turizm (Domestic tourism)
-Gəliş turizmi (Inbound tourism)
Sərgidə təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.
“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, sərgi beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirdiyi, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)




.jpg)


