Agentliyin sədri 4,4 milyon manata təmir edilən 44 evdən danışıb
Yaxın 4 ildə Xınalıqda 100-ə yaxın ev təmir-bərpa ediləcək.2026-cı ilə qədər Quba rayonunun Xınalıq kəndində 100-ə yaxın evin təmir-bərpa edilməsi nəzərdə tutulub.
Bunu “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
O, qeyd edib ki, Xınalıq kəndi dəniz səviyyəsindən təxminən 2 200 metr hündürlükdə yerləşdiyi və burada qış sərt keçdiyi üçün ilin yalnız 4-5 ayı ərzində iş aparmaq mümkündür:
"Odur ki, təmir-bərpa işlərinin mərhələli şəkildə icra olunması nəzərdə tutulub. Özünəməxsus memarlıq üslubu, coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa ediib, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülüb, yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib.
Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq".
44 ev 4,4 milyon manata təmir ediləcək
Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyi "Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb. Tenderdə qalib şirkət "Maqro Construction" MMC-nin Azərbaycan Respublikasındakı filialıdır. Dövlət Turizm Agentliyi qalib şirkət ilə məbləği 4 milyon 397 min 618.1 manat olan müqavilə imzalayıb. Bir ev orta hesabla 100 min manata təmir ediləcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























