"Bank hesablarına sərəncamlar bütün vəsaitlərə deyil, borc məbləğinə yönləndirilməlidir"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
Növbəti belə görüş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə keçirilib.
Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva görüşün qurum üzvlərinin təşəbbüsü ilə keçirildiyini, əsas məqsədin qadın sahibkarların üzləşdiyi məsələlərin müzakirəsi, həmçinin vergi qanunvericiliyi ilə bağlı assosiasiya tərəfindən hazırlanan təkliflərin müzakirəsi olduğunu bildirib. Qeyd olunub ki, Assosiasiyaya daxil olan şirkətlərlə müzakirələr əsasında bir sıra təkliflər formalaşdırılıb. S.Babayeva bu kimi görüşlərin dövlət - özəl sektor arasında dialoq formatını inkişaf etdirməklə biznes mühitinin təkmilləşdirilməsində körpü rolunu oynadığını vurğulayıb.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüşün sahibkarların təcrübədə qarşılaşdıqları çətinliklərin öyrənilməsi, onların qanunvericilik və inzibatçılıq müstəvisində həlli yollarının axtarılması, həmçinin sahibkarlar tərəfindən irəli sürülən təkliflərin öyrənilməsi baxımından faydalı olduğunu qeyd edib. S.Musayeva son illərdə vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeniliklər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra Assosiasiya üzvləri təmsil olunduqları iqtisadi sahələrdə qarşılaşdıqları məsələlər, o cümlədən kənd təsərrüfatı sektorunda hüquqi münasibətlərin və xərclərin rəsmiləşdirilməsi, istehsal fəaliyyətinin stimullaşdırlması üçün güzəştlərin labüdlüyü, büdcədən artıq ödəmələrin operativ geri qaytarılması, bank hesablarına sərəncamların sahibkarın bütün vəsaitlərinə deyil, yaranmış borc məbləğinə yönləndirilməsi, vergi mükəlləfiyyəti, tenderlərdə iştirak üçün arayışların operativ əldə edilməsi və s. mövzularda fikirlərini bölüşüb, təkliflərini bildiriblər.
Assosiasiya üzvlərinin qanunvericiliyə gözlənilən dəyişikliklər, habelə vergilərin ödənilməsi və hesabatlılıq sahəsində qarşılaşdıqları praktiki məsələlərlə bağlı ünvanladıqları suallar DVX-nin rəhbər vəzifəli şəxsləri tərəfindən cavablandırılıb, görüşdə səsləndirilmiş bir sıra təkliflər gələcəkdə baxılması üçün qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 2017-ci ildə təsis olunub. Qurumun əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
