Bakıda meqa yaşayış kompleksini inşası davam edir - Azərbaycanda ilk və tək
Xoşbəxt həyat üçün sərhədsiz imkanlar – Kristal Abşeron!(®) 21 hektar ərazini əhatə edən “City Garden Narimanov” meqa yaşayış kompleksinin birinci mərhələsinin inşası davam edir.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə 2024-cü ilin I rübündə sakinlərə tam təhvil veriləcək layihə bütün xüsusiyyətlərinə görə Azərbaycanda ilk və tək olacaq. Nəriman Nərimanov metro stansiyasına 5 dəqiqəlik məsafədə yerləşən yaşayış kompleksi sözün əsl mənasında xəyalları gerçək edəcək.

ARZULADIĞINIZ YAŞAM TƏRZİ!
“City Garden Narimanov” layihəsinə şəhər içində şəhər desək, yanılmarıq. Çünki bu meqa yaşayış kompleksində xoşbəxt həyat üçün zəruri olan bütün ehtiyacların ödənilməsi nəzərdə tutulub.
- 17.3 hektar həmişəyaşıl park ərazisində 10.000-dən çox bitki, 2.000-dən çox ağac;
- 2.7 km həyətdaxili gəzinti zolağı, 1.5 km qaçış zolağı, 1.5 km velosiped zolağı;
- Açıq və qapalı idman sahələri, basketbol, tennis, futbol meydançaları, üzgüçülük hovuzları, fitnes zalı;
- Ticarət mərkəzi, supermarketlər, restoranlar, apteklər, geyim mağazaları, açıq hava kinoteatrı;
- 1 özəl, 1 dövlət məktəbi, 2 bağça, klinika;
- Yeraltı avtodayanacaq – hər mənzil üçün bir ədəd qapalı qaraj.

BEYNƏLXALQ MÜKAFATLI YERLİ LAYİHƏ!
Ötən aylarda “City Garden Narimanov” layihəsinin beynəlxalq nüfuzlu daşınmaz əmlak mükafatı olan “International Property Awards”a layiq görüldüyünü xatırladan şirkət nümayəndəsi mükafatın "Çoxyönlü istifadə memarlığı" kateqoriyasında 1.200 rəqib arasından seçilərək qazanıldığından söhbət açıb:
-“International Property Awards” daşınmaz əmlak sənayesinin bütün sahələri üzrə dünyanın ən məşhur mükafatıdır. Qaliblərin seçimi zamanı davamlılığa, yüksək həyat standartlarına, erqonomikaya, orijinallığa və yaradıcılığa diqqət yetirilir.

“City Garden Narimanov” SİZİ GÖZLƏYİR!
Siz də 20%-dən başlayan ilkin ödəniş və 20 ilədək kredit imkanı ilə “City Garden Narimanov”da tam təmirli mənzilə sahib ola bilərsiniz.
Xatırladaq ki, “City Garden Narimanov” bir “Kristal Abşeron” layihəsidir.
Ətraflı: *1544 / 050 293 10 10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI



















