"Rabitəbank"ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb
"Rabitəbank" ASC 2022-ci ilin 9 ayını 12 milyon 676 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1,9 dəfə (91,3%) artıb. "Rabitəbank" 2021-ci ilin 9 ayını 6 milyon 625 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə "Rabitəbank"ın faiz gəlirləri 39 milyon 662 min manat ikən, 2022-ci ilin 9 ayında 49 milyon 211 min manata yüksəlib (24% və ya 9 milyon 549 min manat artıb). Bankın qeyri-faiz gəlirləri isə 20 milyon 706 min manatdan 34 milyon 914 min manata qalxıb (68,6% və ya 14 milyon 208 min manat artıb).
2022-ci ilin 9 ayı ərzində "Rabiətbank"ın cəmi əməliyyat gəlirləri 84 milyon 125 min manat, cəmi əməliyyat xərcləri 68 milyon 617 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 508 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 833 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayı ərzində "Rabiətbank"ın cəmi əməliyyat gəlirləri 60 milyon 368 min manat, cəmi əməliyyat xərcləri 43 milyon 981 min manat, əməliyyat mənfəəti 16 milyon 387 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 9 milyon 761 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 Sentyabr 2022-ci il tarixində "Rabitəbank" ASC 892 milyon 157 min manat cəmi aktivlərə, o cümlədən 597 milyon 466 min manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayı ərzində Bankın kredit portfeli 123 milyon 502 min manat və ya 26% artıb.
Əsasən hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin azalması ilə əlaqədar olaraq "Rabitəbank"ın depozit portfeli 171 milyon 447 min manat və ya 23,6% azalaraq 553 milyon 235 min manata geriləyib. Bu azalma aktivlərin də düşməsinə təsir edib. Əsasən nağd pul vəsaitlərinin azalması ilə əlaqədar olaraq cəmi aktivlər 125 milyon 716 min manat və ya 14,1% azalaraq azalaraq 30 Sentyabr 2022-ci il tarixində 892 milyon 157 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 1 milyard manat səviyyəsini keçmişdi.
30 Sentyabr 2022-ci il tarixində "Rabitəbank" ASC 110 milyon 706 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)










.jpg)


