Bayden neft şirkətlərinə xəbərdarlıq etdi - ...daha yüksək vergilər ilə üzləşəcəklər
ABŞ prezidenti Co Bayden: ""Neft şirkətləri hasilat və emal imkanlarını artırmasalar, daha yüksək vergilər və müxtəlif məhdudiyyətlərlə üzləşəcəklər".ABŞ prezidenti Co Baydenin böyük neft sənayesini tənqid etməyə davam edir.
Marja xəbər verir ki, Prezident Co Bayden ABŞ neft şirkətlərinin həddindən artıq gəlirləri ilə bağlı Konqreslə işləyəcəyini bildirib.
"Neft şirkətləri hasilat və emal imkanlarını artırmasalar, daha yüksək vergilər və müxtəlif məhdudiyyətlərlə üzləşəcəklər. Komandam Konqreslə variantlar üzərində işləyəcək", - Bayden deyib.
Bayden, bu şirkətlərin istehlakçıları dəstəkləmədiyini vurğulayıb.
Baydenin enerji şirkətlərinə əlavə vergilər tələbi keçən həftə Exxon Mobil və Chevron kimi şirkətlərin üçüncü rüb balans hesabatlarından sonra gündəmə gəlib.
ABŞ-ın enerji şirkəti Exxon Mobil-in ötən həftə açıqladığı maliyyə nəticələrinə görə, şirkət ilin üçüncü rübündə rekord məbləğdə - 19,7 milyard dollar mənfəət əldə edib. Exxon Mobil-in keçən ilin eyni dövründə qazancı 6,8 milyard dollar təşkil etmişdi.
Əsas neft istehsalçılarından biri olan Chevron-un mənfəəti üçüncü rübdə ilin eyni dövrü ilə müqayisədə 84 faiz artaraq 11,2 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat sonra
- 18 d. sonra
- 42 d. əvvəl
-
-
52 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
1 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
1 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
























