Audi, Pfizer, General Mills və Mondelez Twitter-də reklamları dayandırıb
Almaniyanın avtomobil istehsalçısı Audi, Amerikanın əczaçılıq nəhəngi Pfizer, qida istehsalçısı General Mills və dünyanın ən böyük qənnadı məhsulları istehsalçılarından biri olan Mondelez International, sahibkar və milyarder Elon Musk tərəfindən satın alındıqdan sonra Twitter-də reklamı dayandırıb.
Marja xəbər verir ki, bu barədə Wall Street Journal mənbələrə istinadən xəbər verir.
Qida istehsalçısı General Mills, Oreo-nun istehsalçısı Mondelez International, Volkswagen AG-yə məxsus Audi və Pfizer Twitter reklamlarını dayandıran brendlərin artan siyahısına daxildir.
Fransanın kosmetika istehsalçısı L'Oréal-ın Twitter-də reklamı dayandırdığı barədə məlumatlar yayılıb. ABŞ-ın aparıcı avtomobil istehsalçısı General Motors keçən həftə İlon Maskın sosial şəbəkəni almaq üçün müqaviləni tamamladıqdan sonra Twitter-də ödənişli reklamı müvəqqəti olaraq dayandırdığını bildirib.
Çərşənbə günü New York Times öz mənbələrinə istinadən xəbər verib ki, Twitter yüksək səviyyəli rəhbərlərinin işdən çıxarılması və Maskın şirkəti satın almasından sonra reklamçıları itirmək riski ilə üzləşib.
Dünyanın reklam bazarının ən böyük iştirakçılarından biri olan IPG artıq müştərilərinə Twitter-də reklam xərclərini dayandırmaq barədə tövsiyə verib.
Keçən həftə Musk sosial şəbəkəni əldə etmək üçün 44 milyard dollarlıq müqaviləni bağlayıb. Media Twitter-ə rəhbərlik edən Paraq Aqravalın digər şirkət rəhbərləri ilə birlikdə işdən çıxarıldığını bildirilib.
Amerika şirkəti Twitter Inc. 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesaj mübadiləsi üçün sosial şəbəkədir. Qərargahı San Fransiskoda, Kaliforniyada yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

























