Metro işçiləri vaxtından əvvəl pensiyaya çıxa biləcək ?- DSMF-dən açıqlama
“Bakı Metropoliteni”nin bir qrup işçisinin (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsi haqda məqalə dərc edilmişdi.
Belə ki, onlar orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarını iddia edərək vaxtından əvvəl - 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını bildiriblər.
Lakin DSMF Nazirlər Kabinetinin qərarına əsasən, metro əməkdaşlarının ağır və zərərli işdə çalışan şəxslər siyahısında olmadığını qeyd etmişdi.
DSMF həmin məsələ ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilib ki, artıq metroda çalışan şəxslərin güzəştli şərtlərlə pensiya alması ilə bağlı müraciət edilib:
“Bir sıra peşə və vəzifələrin də qeyd olunan siyahıya daxil edilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu (DSMF) məsələ qaldırılıb. Fond bir çox təşkilatlara müraciət edib ki, dəyişikliklərdə nəzərə alınması üçün ağır və zərərli iş yerləri barədə məlumatları həmin iş yerlərinin qanunvericiliyə uyğun attestasiyasını aparıb təqdim etsinlər. Bir neçə təşkilatın, o cümlədən “Bakı Metropoliteni” QSC-nin bu barədə təklifləri nəzərə alınmaqla hazırlanmış qanunvericiliyə dəyişikliklər layihəsi hazırda müzakirədədir. Layihə təsdiq edildikdən sonra metroda müvafiq vəzifələrdə çalışmış şəxslərə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün olacaq”.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















