ABŞ-da inflyasiya məlumatları açıqlandıqdan sonra qızıl bahalaşır
ABŞ-da inflyasiya məlumatları açıqlandıqdan sonra qlobal birjalarda qızıl 2% bahalaşıb.
Marja.az xəbər verir ki, qızılın unsiyası Bakı vaxtı ilə saat 18:17-də 2% bahalaşma ilə 1741 dollardan ticarət olunub.
ABŞ-da illik inflyasiya oktyabr ayında yavaşlayıb. Ölkədə illik inflyasiya oktyabr ayında 7,7%-ə enib.
"Oktyabrda ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabrda 8,2% artdıqdan sonra oktyabrda 7,7% artıb", - ABŞ Əmək Nazirliyinin press-relizində bildirilir.
Analitiklər illik faiz inflyasiyanın 7,9 - 8%-ə qədər yavaşlayacağını gözləyirdilər. Beləliklə, illik inflyasiya analitiklərin proqnozundan daha çox yavaşlayıb.
İnflyasiyanın yavaşlaması ABŞ Mərkəzi Bankının (FED) faiz artırmasının sürətinin azalması ilə nəticələnə bilər. Faizin artırılmasında tempin aşağı düşməsi dolların ucuzlaşmasına, ABŞ valyutasının ucuzlaşması da qızılın bahalaşmasına səbəb olur.
ABŞ-da inflyasiya məlumatları açıqlandıqdan sonra Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)
