Neft tələbin azalması ilə ucuzlaşır - BİR HƏFTƏDƏ 10% UCUZLAŞMA
Çində COVID böhranı və tənəzzül qorxusu fonunda neft ucuzlaşır.Neft qiymətləri bazar ertəsi günü də düşür. Qiymətlərin düşməsinin əsas səbəbləri Çində yeni növ koronavirusa yoluxanların artması ilə əlaqədar olaraq məhdudiyyətlərin tətbiq edilməsi və qlobal iqtisadi tənəzzül ilə bağlı narahatlıqlardır. Qlobal iqtisadi artımın yavaşlaması və ya dayanması neftə tələbin azalması ilə nəticələnir.
Marja xəbər verir ki, Brent neftinin fyuçersləri 1,1% ucuzlaşaraq bir barel üçün 86,82 dollara, Qərbi Texas neftinin fyuçersləri isə 0,8% ucuzlaşaraq barel üçün 79,42 dollara düşüb (Bakı vaxtı ilə saat 08:27-yə olan məlumatlar). Hər iki müqavilə keçən həftə təxminən 10% düşüb və iki ayın ən aşağı səviyyələrində ticarət edilib. Bu gün Brent neftin qiyməti 86,41 dolları da görüb.
Çində yeni növ koronavirusa yoluxanların artması ilə ölkənin ən böyük şəhərlərindən bəzilərində yeni karantin tədbirləri elan edilib. Bununla əlaqədar olaraq dünyanın ən böyük neft idxalçısının tələbinin yavaşlaması ilə bağlı narahatlıqlar artıb.
Bu ayın əvvəlində bir hesabatda bildirilib ki, Çinin bir neçə neft emalı şirkəti Saudi Aramco-dan dekabr ayında daha az miqdarda neft tədarük etməyi xahiş edib ki, bu da ölkəyə neft daşımalarının yavaşlamasına işarə edə bilər.
Həmçinin Çin emal olunmuş yanacaq üzrə ixrac kvotalarını artırıb və bu, potensial olaraq tələbin azalması səbəbindən xam neft ehtiyatlarında artıqlığın olduğunu göstərir.
Federal Ehtiyat Sistemindən (FED, ABŞ Mərkəzi Bankı) fazin artırılması ilə bağlı verilən açıqlamalar ABŞ-ın potensial tənəzzülü ilə bağlı qorxuları artırıb. FED üzvləri inflyasiya hədəfə (2%) yaxınlaşana qədər faizin artırılacağını bildirirlər. Açıqlamalar dolları bahalaşdıraraq xam neftin qiymətlərini aşağı salır.
Digər tərəfdən, xam neft bazarlarındakı son zəiflik Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri (OPEC+) tərəfindən hasilatın daha çox azaldılması ilə bağlı spekulyasiyalara səbəb olub. OPEC hasilata qərar vermək üçün dekabrın 4-də toplaşacaq və istehsalın daha da azaldılması xam neft qiymətlərini artıra bilər.
Neft qiymətləri OPEC-in oktyabr ayında hasilatın azaldılması qərarından sonra kəskin şəkildə artsa da, indi qərardan əvvəlki səviyyələrə qayıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır























