Dövlətin özəlləşdirmə və icarədən bu ilki qazancı açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 53 hərrac keçirilib.
Xidmətin yaydığı məlumata gör, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 473 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 10 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 352 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 94 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 73,3 milyon manat təşkil edib.
Cari ilin 10 ayı ərzində ümumilikdə 3.340 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 705-i qeyri-yaşayış sahələri üzrə, 2 635-i isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 10 ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin 10 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 21,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 94,6 milyon manat ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



