Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi Avropa mətbuatında
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə, "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyi (EMİB) tərəfindən həyata keçirilən “Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi ilə bağlı Avropa ictimaiyyətinin məlumatlandırılması” layihəsinin icrası başa çatıb.
EMİB-dən verilən məlumatda bildirilib ki, 2 ay müddətində icra olunan layihənin əsas məqsədi Azərbaycanın transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi, ölkəmizə qarşı aparılan ekoloji terror barədə Avropa ictimaiyyətini məlumatlandırmaq olub.
Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Avropa ölkələrində- Fransa, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Latviya, Monteneqro, İsveçrə və s. ölkələrin aparıcı KİV-lərində Ermənistan tərəfindən Oxçuçayda törədilən ekoloji terror barədə məqalələr yerləşdirilib. Özünü “demokratik” dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü Avropa ictimaiyyətinə göstərməyi çalışılıb.
Və buna qismən nail olunub. Belə ki, layihə çərçivəsində İtaliyada 3, Monteneqroda 3, Fransada 1, Rumıniyada 3, Yunanıstanda 1, Bolqarıstanda 1, İsveçrədə 1, Ukraynada 1, Latviyada 1, İsraildə 1, İsveçdə 1 mətbu orqanı olmaqla olmaqla, ümumilikdə 17 KİV-də Ermənistan tərəfindən Oxçuçayda törədilən ekoloji terror barədə yerli və ingilis dillərində hazırlanmış yazılar dərc edilib.
Məqalələrdə qeyd edilib ki, raz çayının qolu olan Oxçuçay çayı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonu ərazisində yerləşdiyindən 1993-cü ildən sonra bu çayda monitorinqlər aparmaq imkansız olub. Yalnız 27 il sonra, 2020-ci ildə, Vətən müharibəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələrinin işğalından azad edildikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən çayda monitorinqlər aparmaq mümkün olub və bu zaman dəhşətli faktları üzə çıxıb. Bəlli olub ki, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalıb və sanki bu çay Ermənistanda sənaye tullantılarının kollektoru rolunu oynayıb və bu proses bu gün də davam etməkdədir. Belə ki, qonşu ölkənin cənub bölgəsində yerləşən Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların Oxçuçaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Bu baxımdan Azərbaycan Oxçuçayın çirkləndirilməsi ilə bağlı həyəcan təbili çalmaqdadır.
Azərbaycan tərəfi çaydakı ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün xarici ölkələrin nüfuzlu laboratorilarına müraciət etməli olub.
Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib.
Araz çayından, eləcə də onun birləşdiyi Kür çayından Azərbaycanda kənd təsərrüfatı torpaqlarının suvarılmasında geniş istifadə olunur. Həmçinin, Kür çayının suyundan nəinki ətraf bölgələrin, hətta paytaxt Bakının bir çox ərazilərinin içməli su ilə təmin edilməsində istifadə edilir. Bu isə insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş, orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.
Başqa sözlə, Ermənistanın Azərbaycana qarşı bu gün də belə davam etdirdiyi ekoloji terror nəinki ölkənin flora və faunaya, eyni zamanda ölkənin genefonduna ciddi təsir edə biləcək təhlükə mənbəyi olaraq qalmaqdadır. Digər tərəfdən, Kür çayı Xəzər dənizini qidalandıran əsas çaylardan biridir. Oxçuçayın ağır metallarla çirkləndirilməsi Xəzər dənizin florasına da birbaşa təsir göstərir.
Digər tərəfdən isə Araz çayı, eyni zamanda, İranla Azərbaycan arasında transsərhəd çayıdır. Bu çayın suyundan İranın şimal əyalətlərində də həm içməli su mənbəyi, həm də kənd təsərrüfatı məqsədləri üçün geniş istifadə edilir. Bu baxımdam Ermənistanın Öxçuçayda törətdiyi ekoloji terrordan həm də İran tərəfi əziyyət çəkir.
Məqalələrdə qeyd edilib ki, Ermənistan indiyədək transsərhəd suların mühafizəsinə dair Helsinki Konvensiyasına qoşulmayıb.30 ildir özünü müstəqil dövlət elan etməsinə baxmayaraq Ermənistanın hələ də Helsinki Konvensiyasına qoşulmaması bu ölkənin gələcəkdə də bölgədə ekoloji terroru davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoyur.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
3 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
4 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
5 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)










.jpg)


