Bu gün vacib göstəricilər açıqlanacaq - böyük maraqla gözlənilir
Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı fundamental göstəricilər açıqlanacaq. Açıqlanacaq məlumatlar dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir.
Qeyd edilən önəmli məlumatlardan yararlanaraq qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz.
NƏ GÖZLƏNİLİR?
FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da məşğulluğun və işsizlik səviyyəsinin ötən ay ilə müqayisədə artdığı görünür. Beləki, ötən ay məşğulluğun 261000 nəfər artdığı açıqlanmışdısa, bu gün açıqlanacaq göstəricinin 200000 olacağı proqnozlaşdırılır.
Qeyri-kənd təsərrüfatında işləyənlərin sayının artacağı ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. Lakin əvvəlki göstəriciyə nəzərən göstəricinin aşağı proqnozlaşdırılması, "NFP"-nin artım dinamikasının zəifləməsi deməkdir. Bu da bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmaya bilər.
İşsizlik səviyyəsi göstəricisinin isə dəyişməyəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, oktyabr ayında göstərici 3.7% açıqlanmışdı. Bu ay da göstəricinin 3.7% olaraq açıqlanacağı ehtimal edilir.
Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.4%-dən 0.3%-ə kimi azalacağı, illik müqayisədə isə 0.1% azalaraq 4.6% olaraq açıqlanacağı proqnozlaşdırılır. Əmək haqlarında azalmanın olması, FED-in inflyasiya hədəflərinə çatmasına mane və faiz artımı qərarında bir qədər ehtiyyatlı davranmasına səbəb ola bilər. Qeyd edək ki, FED-in 02 Noyabr tarixində keçirilmiş toplantısında uçot dərəcələri növbəti dəfə 0.75% artılsa da növbəti toplantılarda faiz artımlarının sürətinin azaldılacağı ehtimal olunur.
BİRJALARA TƏSİRİ
Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.
Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)




.jpg)





