“Azərbaycan Dövlət İqtisad Universiteti” və “AFB Bank” arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb
(®) “Təcrübə Proqramı”na dair “Əməkdaşlıq Memorandumu”nu “AFB Bank”ASC–nin İnzibati İdarəetmə strukturunun rəhbəri Hafiz İbrahimov və “Azərbaycan Dövlət İqtisad Universiteti”nin Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov imzalayıb.
Proqramın təşkil edilməsində əsas məqsəd tələbələrin real iş mühitində bacarıqlarının təkmilləşdirilməsinə və onların peşəkar bank işçisi kimi yetişməsinə dəstək olmaqdır. Memoranduma əsasən “Təcrübə Proqramı”nda universitetin son kurs bakalavr və magistr tələbələri iştirak edə biləcəklər.
“Təcrübə Proqramı”nın uğurlu və daha effektiv olması üçün keyfiyyətli təhsili təmin etməyi bacarmış, savadlı və inkişafa meyilli gənclər yetişdirə bilən ali təhsil ocaqları Bankımız üçün hər zaman prioritet təşkil edir.
Bu məqsədlə “AFB Bank” yüksək peşəkarlığına, təhsil səviyyəsinə güvəndiyi və yüksək qiymətləndirdiyi “Azərbaycan Dövlət İqtisad Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlmişdir.
Qeyd edək ki, “AFB Bank” daha öncə də bir sıra ali məktəblərlə “Təcrübə proqramı”na dair əməkdaşlıq memorandumu imzalamışdır.
Bank ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə gələcəkdə digər ali təhsil ocaqları ilə də əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















