“Crystal Beton” 20 illik yubileyini qeyd edib - FOTOLAR
(®) 2002-ci ildə yaradılan və ölkənin ən böyük beton istehsalçılarından olan “Crystal Beton” Qapalı Səhmdar Cəmiyyəti “Keyfiyyətin və dürüstlüyün ünvanı” şüarı altında 20 illik yubiley tədbirini keçirib.
Yubiley “JW Marriott Absheron Baku” hotelində “Crystal Beton”un kollektivi, investorların, tərəfdaşların, həmçinin yerli və xarici qonaqların iştirakı ilə xüsusi ziyafətlə qeyd edilib.
Şirkət nümayəndələrinin çıxışları ilə başlayan tədbirdə qonaqlara şirkətin uğurlu fəaliyyəti barədə məlumat verilib, keçdiyi yola nəzər salınıb və gələcək hədəflərindən söz açılıb. Daha sonra qala gecəsi xüsusi dəvət olunmuş musiqi kollektivlərinin ifaları ilə davam edib.
Qeyd edək ki, “Crystal Beton” şirkətinin yaranması, inkişafı və uğurla fəaliyyət göstərməsi Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsində mümkün olub və o dövrdən başlayaraq ölkəmizdə geniş vüsət alan irimiqyaslı tikinti - quruculuq və abadlıq işlərinin məntiqi nəticəsidir.
Şirkətin əsas vəzifəsi beton istehsalında qabaqcıl texnologiyanın həlli yollarının daha geniş tətbiqinə nail olmaq və keyfiyyət standartlarını qorumaqla səmərəli nəticələr əldə eləməkdən ibarətdir.
Fəaliyyəti dövründə “Crystal Beton” Qapalı Səhmdar Cəmiyyəti beton istehsalı sahəsində müasir texnologiyaların Azərbaycana gətirilməsi, beynəlxalq standartlara cavab verən idarəetmə sistemlərinin təbiqi, eləcə də yeni iş yerlərinin yaradılması siyasətinə sadiq qalaraq ölkəmizdə özəl sektorun inkişafına təkan verən şirkətlərdən oldu.
Sahibkarlığın inkişafına dövlət dəstəyi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin müxtəlif dövrlərdə imzaladığı fərman və sərəncamlar, milli sahibkarlğa ardıcıl şəkildə göstərilən dövlət qayğısı “Crystal Beton”un beton istehsalı fəaliyyətində başlıca yol xəritəsidir.
Yarandığı ilk gündən tikinti bazarında özünə dayanmadan tərəfdaşlar qazanan “Crystal Beton” Qapalı Səhmdar Cəmiyyəti bir çox inşaat layihələrinə imza atıb və milli tikinti sektorunun inkişafına öz dəyərli töhfəsini verib.
“Crystal Beton” Keyfiyyətin və Dürüstlüyün ünvanıdır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




