Boru kəmərinin bağlanması ilə neft qiymətləri yüksəlir
Neft qiymətləri ABŞ-da onun tədarük çatışmazlığı ilə bağlı artan qorxular səbəbindən yüksəlirNeft qiymətləri ABŞ-da Keystone boru kəməri ilə nəqlin dayandırılması fonunda çərşənbə axşamı günü də artmağa davam edib. Boru kəməri ilə nəqlin dayandırılması Birləşmiş Ştatlarda mümkün tədarük çatışmazlığı ilə bağlı narahatlıqları gücləndirib.
Marja xəbər verir ki, Brent fyuçersləri 1,16 dollar və ya 1,6% artaraq 79,21 dollar/barelə bərabər olub. WTI markalı neftin fyuçersləri 1,05 dollar və ya 1,4% artaraq 74,22 dollar/barelə çatıb.
Əvvəlki ticarətlərdə neftin hər iki markası 2%-dən çox bahalaşmışdır.
Analitiklər bildirirlər ki, təklif narahatlığı tələbin azalması ilə bağlı narahatlıqları üstələdiyi üçün neft bahalaşır.
Rusiya prezidenti Vladimir Putin cümə günü bildirib ki, Rusiya hasilatı azalda bilər. Bu, Rusiya neftinin tədarükü ilə bağlı narahatlıqlara səbəb olub.
Gündəlik təqribən 620 000 barel nəql gücünə malik Keystone boru kəmərinin müvəqqəti dayandırılması tədarükün azalmasına səbəb olub. "TC Energy Corp" şirkətinə məxsus Keystone boru kəməri Kanada neftini Albertadan ABŞ-ın Midwest və Körfəz sahillərinə çatdırır.
Keystone boru kəməri dekabrın 7-də Kanzasda 14 min barel neft sızmasından sonra bağlanıb. "TC Energy" şirkəti boru kəmərinin bərpasının vaxtını açıqlamayıb.
Boru kəmərinin bağlanmasının ABŞ-ın anbarlarındakı neft ehtiyatlarının azalmasına səbəb olacağı gözlənilir. Reuters-in sorğusuna qatılan 7 analitikin proqnozu 3-9 dekabr həftəsində neft ehtiyatlarının 3,9 milyon barrel azaldığının açıqlanacağı istiqamətindədir.
Çində karantin məhdudiyyətlərinin yumşaldılması səbəbindən tələbin artması ümidləri də nefti bahalaşdırır.
"Bank of America" analitiklərinin fikrincə, Çin iqtisadiyyatının uğurlu şəkildə yenidən açılması və FED-in faiz dərəcəsi ritorikasını yumşaltması tələbi artıra və Brent markalı neftin qiymətlərini 90 dollardan yuxarı qaldıra bilər.
Son bir həftə ərzində Çin hakimiyyəti məhdudlaşdırıcı tədbirlərin bir hissəsini ləğv edib. Belə ki, koronovirus test ilə bağlı tələblər yumşaldılıb, eləcə də vətəndaşların hərəkətinin izlənməsi ləğv edilib.
"Məhdudiyyətlərin tədricən aradan qaldırılması tələbin bərpasını sürətləndirəcək", - analitiklər bildirir.
Bununla belə, Çinin böyük şəhərlərində pisləşən epidemioloji vəziyyət hələ də bazar nikbinliyinə təhlükə yaradır.
Neft qiymətləri tələbin bərpası ilə bağlı aydın əlamətlər olduqdan sonra daha çox yüksələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 13 d. əvvəl
-
13 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 29 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)






