Saatlıda Türkiyədən gətirilən heyva növü yetişdirilib - ixrac olunur
Saatlıda Türkiyədən gətirilən “Eşmə” heyva növü yetişdirilib. Hazırda bağda yığım aparılır və ilk məhsul ilində hələlik 120 tondan çox meyvə toplanılıb.
İntensiv heyva bağı 2020-ci ildə Saatlı rayonunun Qaralar kəndi ərazisində salınıb və bu il bağdan ilk dəfə məhsul yığılır.
Türkiyədən gətirilən tinglər hesabına salınan 27 hektarlıq intensiv heyva bağının sahibi Həbib Əhmədov bildirib ki, bağın salınması üçün əvvəlcə torpaqdan analiz götürülüb, sonra tirə üsulu ilə 54 min ting əkilib:
“İki il çəkilən əziyyət öz bəhrəsini verib. İlk məhsul ilində gözləntilər 150 tonun üzərindədir və artıq 120 ton məhsul yığılıb. Meyvələr əsasən xarici bazarlar üçün nəzərdə tutulub və ilkin mərhələdə 20 tona qədər məhsul ixrac olunub. Lakin yollarla bağlı çətinlik olduğu üçün hazırda məhsullar saxlama kameralarına yığılır və növbəti aylarda proses davam etdiriləcək. Növbəti ildə isə 400 ton və daha çox məhsul yığılması nəzərdə tutulub”.
Bağ nəzarətçisi İsmayıl Ağayevlə də söhbət edirik. O, bol məhsul əldə etməyin yollarından danışaraq deyib ki, intensiv bağda lazımi aqrotexniki qaydalara əməl olunub, mütəmadi olaraq aqro-kimyəvi qulluq işləri aparılıb. Ziyanvericilərə qarşı, həmçinin sağlam məhsul əldə etmək üçün yemləmə gübrələrindən istifadə edilib, budama işləri görülüb. Nəticədə heyva ağacları bol məhsul verib.
Bağın salınması həm də əlavə iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda bağda yerli sakinlər daimi işçi kimi çalışırlar. Mövsümi işlərlə əlaqədar isə əlavə işçilər də cəlb olunur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)







