STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramını elan edir
Fərqlənən mütəxəssislər STP Şirkətlər Qrupuna daxil olan bizneslərdə işlə təmin ediləcək.(®) STP Şirkətlər Qrupu regionun ən geniş imkanlara malik, ilk və nəhəng sənaye parkı olaraq ölkənin qeyri-neft sektorunda, əmək bazarına istehsalatın mühəndislik və texniki peşələr sahəsində peşəkar kadrların hazırlanması istiqamətində bir neçə ildir həyata keçirdiyi missiyasını davam etdirir.
İstehsal mühəndisliyi və texniki peşələr istiqamətində xüsusi potensialı və marağı olan gənc kadrların müəyyən edilməsi və yetişdirilməsinə dəstək olan növbəti, ödənişli “Sabahın Gücü” İnkişaf Proqramına start verilir.
Bu proqramın məqsədi ali, yaxud peşə ixtisas pilləsi üzrə təhsilini yeni bitirmiş, minimal iş təcrübəsi olan, inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdan, ölkədə spesifik peşələr üzrə insan kapitalına olan ehtiyacın ödənilməsində töhvə verməkdir.
İnkişaf proqramı STP-nin törəmə müəssisələrində, xarici şirkətlərin Akademik mərkəzlərində, yerli və xarici ekspertlərin mentorluğu ilə nəzəri və praktiki biliklərin verilməsi, fərdi bacarıqların, sosial məsuliyyətin inkişafı, ən yaxşı təcrübələrin mübadiləsi metodu ilə 6-12 aylıq müddətləri əhatə edəcək.
Proqramın sonunda fərqlənən mütəxəssislər STP Şirkətlər Qrupuna daxil olan bizneslərdə işlə təmin ediləcək.
Xatırladaq ki, son iki ildə seçim mərhələlərindən uğurla keçmiş 100-dən artıq potensiallı gənc STP Şirkətlər Qrupunun inkişaf proqramlarının məzunu olmuşdur. Onların əksəriyyəti hazırda STP komandasının üzvüdür.
STP-nin “Sabahın Gücü” İnkişaf Proqramının təqdim etdiyi imkanlardan faydalanaraq gələcək karyerasında ilk addımı atmaq istəyən, müvafiq sahələrdə bilik və bacarıqlara malik, özünə güvənən gənc kadrlar https://stpcareer.com portalından qeydiyyatdan keçməklə istədiyi ixtisas üzrə müraciət edə bilər.
Xüsusi istedadların axtarıldığı peşə və ixtisaslarla bağlı daha ətraflı məlumatları STP Şirkətlər Qrupunun rəsmi vakansiya portalından (stpcareer.com) və sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
4 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
10 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
55 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
























.jpg)


