“Azfen” zərərdən mənfəətə keçib
“Azfen” Birgə Müəssisəsi 2021-ci ili 112 milyon 243 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 3 milyon 575 min manat, 2020-ci ili 6 milyon 831 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, “Azfen”in bağladığı müqavilələr üzrə gəlirləri 2021-ci ildə 2020-ci illə müqayisədə 1,9 dəfə artaraq 710 milyon 349 min manat təşkil edib. Şirkət 2020-ci ildə bağladığı müqavilələr üzrə 376 milyon 938 min manat gəlir əldə etmişdi.
Ötən il “Azfen”in cəmi xərcləri 598 milyon 106 min manat olub. 2020-ci ildə şirkətin xərcləri 383 milyon 769 min manat təşkil etmişdi. Beləliklə, ötən il şirkətin xərcləri 1,6 dəfə artıb.
Xatırladaq ki, “Azfen” Birgə Müəssisəsi 2017-ci ili təxminən 180 milyon manat, 2018-ci ili ili isə 102 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.
31 Dekabr 2021-ci il tarixində “Azfen” Birgə Müəssisəsi 395 milyon 241 min manat cəmi aktivlərə malik olub. Şirkıt 2020-ci ilin sonunda 257 milyon 953 min manat cəmi aktivlərə malik idi.
AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib. AZFEN B.M.-in neft şirkətləri üçün tikinti və mühəndislik işlərini həyata keçirir. 2021-ci ildə şirkətin 6507 nəfər işçisi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























