Tikinti şirkətinin xalis mənfəəti 14 dəfə artıb
"Faktor Qrup-S-1" QSC 2021-ci ili 1 milyon 28 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 75 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Faktor Qrup-S-1" QSC-nin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə təxminən 14 dəfə artıb.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Faktor Qrup-S-1"in əsas əməliyyat gəlirləri 6 milyon 36 min manat təşkil edib. 2020-ci ildə Şirkətin əsas əməliyyat gəlirləri 1 milyon 160 min manat təşkil etmişdi. "Faktor Qrup-S-1" QSC-nin əsas əməliyyat gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 5,2 dəfə artıb.
31 dekabr 2021-ci il tarixində "Faktor Qrup-S-1" QSC 17 miylon 734 min manat vəmi aktivlərə malik olub (2020 ilin sonunda 11 milyon 801 min manat).
Qeyd edək ki, 2020-ci ildə, "Faktor Qrup-S-1" Qapalı Səhmdar Cəmiyyəti "Faktor Qrup-S" Qapalı Səhmdar Cəmiyyətindən ayrılma nəticəsində yaradılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC-nin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi tenderlərin qalibi olan "Faktor Qrup-S" çoxmənzilli yaşayış kompleksinin tikintisilə məşğul olur.
2 milyon 574 min 640 manat nizamnamə kapitalına malik olan "Faktor Qrup-S-1" QSC-nin qanuni təmsilçisi Quliyev Elvin Aydın oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 189-dur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




