“Media Menecmenti” təlimlərinə başlanılıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlimlərinə başlanılıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, açılış nitqi ilə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə, media subyektlərinin idarə edilməsində müasir üsul və alətlərin tətbiqi imkanlarının öyrənilməsinə istiqamətlənən bu növ layihələr media menecerlərinin potensialının gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
“Çap mediasının menecmenti” mövzusunda keçirilən birinci modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib.
O, iştirakçılara “Çap mediası subyektlərinin idarə olunması: ənənəvi və müasir dövrdə üsul və alətlər”, “Rəqəmsal media ilə abunəlik modeli”, “Media subyektlərində brendinq, reputasiya və redaksiya üslubunun yaradılması”, “Çap mediasında müasir dizayn üslubları” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Dekabrın 29-na qədər 60-dan çox media menecerinin iştirakı ilə davam edəcək “Media Menecmenti” təlim proqramının əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)




