Agentlik “Kəmalə” marketdə yoxlama aparıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan müraciət əsasında, Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus “Kəmalə” marketdə Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub.
Belə ki, marketdə üzərində istehsal tarixi qeyd olunmayan 68 ədəd 0.7 ml-lik “Zakaznaya”, 18 ədəd 0.5 ml-lik “Leopard”, 6 ədəd 0.7 ml-lik “Leopard”, 5 ədəd 0.5 ml-lik “Naturalnaya”, 3 ədəd 0.7 ml-lik “Himalay ayısı”, 1 ədəd 0.5 ml-lik “Moskovskie veçera”, 1 ədəd 0.7 ml-lik “Qaraçanaq”, 2 ədəd 1 l-lik “Quseynoff” əmtəə nişanlı orqanik alkoqollu içkilərin, həmçinin 85 ədəd 1.75 l-lik “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkinin satışının həyata keçirildiyi aşkar edilib.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 5 nümunənin tərkibində tündlülüyün (“Naturalnaya” 31,6% , “Leopard” 31,3%, “Himalay ayısı” 31,7%, “Ağsu damcısı” 32,8% , “Zakaznaya” 31,6%), eyni zamanda “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03%) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib. Qeyd olunanlarla yanaşı alkoqollu içkilərin etiket məlumatlarındakı müvafiq göstəricilər arasında da uyğunsuzluğun olması müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















