EIA: Qlobal neft tələbatı 2024-cü ildə gündəlik 102 milyon bareli keçəcək
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası 2024-cü ildə neftə tələbatın 2023-cü illə müqayisədə 1,72 milyon barel/gün artacağını və 102,20 milyon barel/günə çatacağını proqnozlaşdırıb.ABŞ Energetika Nazirliyinə bağlı Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft tələbinin artmağa davam edəcəyini proqnozlaşdırıb.
Marja xəbər verir ki, EIA, 2022-ci ildə 99,43 milyon barel/gün olan istehlakın 2023-cü ildə 100,48 milyon barrel/günə yüksələcəyini təxmin edib.
Administrasiya, 2024-cü ildə neftə tələbatın 2023-cü illə müqayisədə 1,72 milyon barel/gün artaraq 102,20 milyon barel/günə çatacağını proqnozlaşdırıb.
Həmçinin EIA, qlobal neft tədarükünün (hasilatının) 2022-ci ildəki 100 milyon bareldən 2024-cü ildə sutkada 102,83 milyon barelə çatacağını proqnozlaşdırıb. 2023-cü il üçün qlobal neft hasilatı gözləntiləri 101,10 milyon barel/gün idi.
Brent markalı neftin orta qiymətinin 2022-ci ilə nisbətən 18 faiz azalaraq 2023-cü ildə 83,10 dollar/barel olacağını təxmin edən EIA, 2024-cü ildə orta qiymətin 78 dollar/barelə enəcəyini gözlədiklərini açıqlayıb. 2023-cü il üçün Brent markalı neftin orta qiymət proqnozu daha əvvəl 92,36 dollar/barel olaraq açıqlanmışdı.
ABŞ xam nefti üçün 2023-cü il üçün orta qiymət proqnozu 86,36 dollar/bareldən 77,18 dollar/barelə endirilib. 2024-cü ildə orta qiymətin 71,57 dollar/barel olacağı təxmin edilir.
EIA 2023-cü il üçün ABŞ-ın xam neft hasilatı proqnozunu 12,34 milyon barrel/gündən 12,41 milyon barrel/günə yüksəltdiyi halda, 2024-cü ildə hasilatın 12,81 milyon barrel/gün olacağını da proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























