"Azərişıq"dan özəl şirkətlərə 12,1 milyon manatlıq sifariş
"Azərişıq" ASC "Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Zəngilan" Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkət "Light City" QSC-dir.
"Azərişıq" ASC "Light City" QSC ilə məbləği 6 milyon 198 min 759 manat olan müqavilə imzalayıb.
2000 manat nizamnamə kapitalı olan və 2020-ci ilin İyul ayında dövlət qeydiyyatına alınmış "Light City" QSC-nin qanuni təmsilçisi Məmmədli Fuad Yaşar oğlu, hüquqi ünvanı - Bakı şəhəri, Xətai rayonu Yeryomenko, ev 14B-dir.
Həmçinin "Azərişıq" ASC "Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Cəbrayıl" Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb. Bu tenderin qalibi "Şans Construction" MMC-dir. "Azərişıq" ASC qalib şirkət ilə məbləği 5 milyon 948 min 882 manat olan müqavilə imzalayıb.
Hər iki müqavilənin cəmi məbləği 12 milyon 147 min 640 manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
31 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
47 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
51 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























